Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq olacaq, güclü şimal-qərb küləyinin əsəcək. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məluma görə, hava arabir yağıntılı olacaq, sulu qar, bəzi yerlərdə qar yağacaq. Havanın temperaturunun gecə və gündüz 0 dərəcəyə yaxın olacağı bildirilir. Sabah Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağmurlu və soyuq hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz hesab olunacaq. Yanvarın 21-22-də əlverişsiz soyuq diskomfort şəraitin davam etməsinə baxmayaraq, oksigenlə zəngin və təmiz havanın üstünlüyü müsbət amilə çevriləcək.
Rayonlarda da 20 yanvarda havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozu verilib. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü qərb küləyinin əsəcəyi bölgələrimizdə havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB