BDU-da 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib
Bu gün Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, 20 yanvar hadisələri Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. 20 Yanvar faciəsi günahkarlarının hələ də öz qiymətlərini almadığını və cəzalarına çatmadığını deyən A.Məhərrəmov vurğulayıb ki, bu qırğın günahkarlarının aşkar olunması, onlara hüquqi-siyasi qiymət verilməsi yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycana ikinci dəfə hakimiyyətə gələndən sonra oldu: "1994-cü il yanvarın 5-də prezidentin fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Azərbaycan Parlamenti geniş müzakirələrdən sonra bu hadisələrə öz hüquqi-siyasi qiymətini verdi və faciə günahkarlarının adları açıq şəkildə bəyan edildi. Həmin ildən başlayaraq faciənin ildönümündə şəhidlərin xatirəsi dövlət səviyyəsində anılır və bu ənənə bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir".
Tədbirin davamında BDU-nun müəllim və tələbələri 20 Yanvarla bağlı çıxışlar edib və xatirələrini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB