Mübariz Qurbanlı: “Beynəlxalq miqyasda hakerlərə, kiberhücumlara qarşı böyük bir mübarizə gedir”

Mübariz Qurbanlı: “Beynəlxalq miqyasda hakerlərə, kiberhücumlara qarşı böyük bir mübarizə gedir”

\"Kiberhücum və təxribatlar bütün dünyada mövcuddur. Bu kimberhücumlardan heç bir ölkə sığortalanmayıb. Elektron informasiya üzrə ən yüksək səviyyəyə çatmış Yaponiya, Almaniya, Böyük Britaniya, ABŞ kimi ölkələrin də internet şəbəkələrinə belə, kiberhücumlar olur\". Bunu Səs TV-yə müsahibəsində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili, politoloq Mübariz Qurbanlı deyib: "Beynəlxalq miqyasda hakerlərə, kiberhücumlara qarşı böyük bir mübarizə gedir. Bununla bağlı müvafiq konvensiyalar, eyni zamanda cinayət məcəllələrində kiberhücumların qarşısını almaq üçün müddəalar daxil edilib. Azərbaycnın öz qanunvericiliyində də bununla bağlı müəyyən müddəalar vardır. Azərbaycanın internet saytlarına, o cümlədən Yeni Azərbaycan Partiyasının (YAP) saytına hücumların edilməsi Azərbaycanın sosial-iqtisadi sahəsində əldə etdiyi uğurlara, qazanılan nailiyyətlərə kölgə salmaqdır. Hansısa dairələr Azərbaycanın bu uğurlarından qıcıqlanaraq, ölkəmizə hər hansı bir formada təsir göstərməyə çalışırlar".

Millət vəkilinin sözlərinə görə, onlar bu hücumlarla, Azərbaycan dövlətinə heç bir xələl yetirə bilməzlər: " Bütövlükdə kiberhücumların qarşısını almaq və internet şəbəkələrinin təhlüksəziliyini qorumaq üçün böyük işlər görülür. Rabitə İnformasiya Texnologiyaları və Milli Təhlükəsizlik Nazirliyi bununla bağlı xüsusi proqram həyata keçirir. Hesab edirəm ki, gələcəkdə bu hücumların minumuma endirilməsi üçün lazımi işlər görüləcək", –deyə, politoloq sözlərinə əlavə edib.

Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevin fikrincə isə İran bu kibermüharibəni elan etməklə özünü daha çətin bir vəziyyətə salıb: "Bunların savadsızlığı bizim rəsmi saytları dağıdaraq İsrail bayrağının o saytlarda yerləşdirmələrindən açıq aydın görünür. Bu azmış kimi onlar həmin saytalarda İslam partiyasının sədrinin şəklini yerləşdirməklə, onun sözlərini gündəmə gətirirlər. Bu biləvasitə İran dövlətinin rəsmən razılaşdırılmış bir məsələsidir və Azərbaycana qarşı həyata keçirilib. Bu ilkin sınaqdan Azərbaycan çox uğurla çıxdı. Bütün hallarda İran bir məsələni dərk etməlidir ki, Azərbaycan İran dövləti ilə həmişə səmimi olub və heç bir yalana yol verməyib",-deyə YAP rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə