2012-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 123,9 min nəfər və ya 1,4 faiz artaraq 9235 min nəfər təşkil edir. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd yerlərində yaşayır, 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Hər 1000 nəfər kişiyə 1017 nəfər qadın düşür. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edir. 2011-ci il ərzində ölkədə 175,4 min nəfər körpə doğulub və bu, son 17 ildə ən yüksək göstəricidir. 2010-cu illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,5-dən 19,4-ə qədər artıb. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi qızlardır. Körpələrin 1506-sı əkiz, 33-ü üçəm olmuşdur. Doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilib.
Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,4 uşaq düşür, bununla da ölkədə əhalinin təkrar istehsalı təmin olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB