Bu gün 20-30 nəfərdən ibarət Qarabağ Azadlıq Təşkilatı (QAT) və Sosial Hüquqların Monitorinqi Qrupunun üzvləri Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirib. SİA-nın xəbərinə görə, onlar "Rədd ol, Rusiya", "Rusiya Qarabağ məsələsində ermənipərəst mövqeyindən əl çəksin\", "Qanlı yanvarın qatilləri cəzalandırılsın ", "SSRİ-nin varisi kimi Rusiya Azərbaycandan üzr istəməlidir ", "Beynəlxalq qurumlar 20 Yanvar hadisələrini kütləvi qətliam kimi tanımalıdır " və s. şüarlar səsləndirib. Polisin müdaxiləsindən sonra isə aksiyanın qarşısı alınıb və iştirakçılar səfirliyin binası qarşısından uzaqlaşdırılıb. Qeyd edək ki, qətnamədə 1990-cı il yanvarın 20-də SSRİ Silahlı Qüvvələrinin Bakıda və Azərbaycanın digər rayonlarında törətdiyi qətliamla bağlı Rusiyaya etiraz bildirilib. Qeyd olunub ki, Azərbaycan parlamenti qanlı 20 Yanvar hadisələrinə obyektiv siyasi qiymət verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB