Qənirə Paşayeva: “Türkiyə bu gün göstərdiyi xarakteri sərtləşdirməlidir”
"Türkiyənin çox güclənməsi, bölgədə nüfuzunun artması bəzi çevrələri, o cümlədən Sarkozi başda olmaqla Fransanı ciddi narahat edir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva Fransa Senatına qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsinin çıxarılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Türkiyə bu gün göstərdiyi xarakteri davam etdirməli və bir az da sərtləşdirməlidir: "Bu qərarlar Avropa ölkələrində qəbul olunanda Türkiyə yetərli qədər xarakter nümayiş etdirməyib. Bəlkə bəzi maraqlara, ikitərəfli münasibətlərə görə, bir az bu məsələyə loyal yanaşıb. Lakin bu gün o xarakteri verilən bəyanatlarda görürük. Ümidvaram ki, Fransa doğurdan belə bir qərarı qəbul edərsə, bu bəyanatların arxası olacaq. Tükriyə bütün sanksiyalar fonunda geri çəkilməməlidir. Fransa Senatının üzvü Natali Qule bildirib ki, qərarın Senatda keçəcəyi halda milyardlara dolları aşan "Airbus" təyyarələrinin alınması ilə bağlı qərar ləğv ediləcək. Əgər Senatdan keçən qərar Sarkozi tərəfindən təsdiqlənərsə, Türkiyə Fransa prezidentinin öz hava sahəsindən istifadə etməsini məhdudlaşdıracaq. Bu zəmində qərarın vaxtında durdurulması çox önəmlidir".
Türkiyənin səsləndirdiyi bəyanatlar həmçinin digər ölkələr üçündə önəmlidir. Yəni rəsmi Ankara xarakter nümayiş etdirməklə digər ölkələrə qondarma "erməni soyqırımı"nı gündəmə gətirəcəyi təqdirdə qarşılacağı sanksiyaları göstərə bilər: "Fransaya qarşı atılan ciddi addımlarlar fonunda qondarma soyqırımın gündəmə gəlməsinin qarşısı alınarsa, artıq Avropa dövlətləri bu məsələyə ehtiyatlı yanaşarlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB