Moldovanın baş naziri Azərbaycana planlaşdırılan səfərindən danışıb

Moldovanın baş naziri Azərbaycana planlaşdırılan səfərindən danışıb

Moldovanın baş naziri Vlad Filat Azərbaycanın Kişinyovdakı səfiri Namiq Əliyevlə görüşüb. Görüşdə onun Azərbaycana rəsmi səfəri müzakirə olunub. SİA-nın məlumatına görə, o bildirib ki, səfərin məqsədi Moldova-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, iqtisadiyyat, ticarət, energetika və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsidir: "Səfər çərçivəsində bir çox birgə planlar müəyyənləşdiriləcək. Bir sıra layihələr hazırlamışıq, onları Azərbaycan tərəfi ilə birlikdə həyata keçirmək niyyətindəyik. İnanıram ki, bu layihələr hər iki tərəf üçün maraqlı və sərfəli olacaq. İki dövlət arasında sıx münasibətlər mövcudur o cümlədən mühüm regional və Avropa təşkilatlarında – GUAM, ATƏT, Avropa Şurası və "Şərq tərəfdaşlığı" təşkilatlarında birgə iştirakmizidi mühim amillərdən biridir".

Səfir Namiq Əliyev deyib ki, Moldovanın baş nazirinin Bakıya səfəri proqramında bir sıra görüşlər və tədbirlər keçirilməsi nəzərdə tutulub. Diplomat əminliklə söyləyib ki, Azərbaycan–Moldova münasibətləri bundan sonra daha da inkişaf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə