Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 15-də və 16-da atəşkəsi pozub. Erməni ordusu saat 10.00-dan 10.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 11.55-dən 12.00-dək və 18.20-dən 18.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Seyidəhmədli kəndi, saat 21.50-dən 22.00-dək Ağdam rayonunun Şuraabad kəndi, yanvarın 16-da saat 01.30-dan 01.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB