Prezident İlham Əliyev Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident İlham Əliyev Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının ilk prezidenti Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı verib.

SİA-nın məlumatına görə, prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının prezidenti Dərviş Əroğluya məktub göndərərək Şimali Kipr Türk Respublikasının ilk prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Rauf Denktaşın vəfatından olduqca kədərləndiyini bildirib və dərin hüznlə başsağlığı verib.


Bütün xəbərlər Facebook səhifəmizdə