Cəbhədə atəşkəs pozulub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 13-də saat 09.55-dən 10.20-dək və 18.00-dan 18.20-dək Tərtər rayonunun Çaylı və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə