Prezidentin sərəncamı ilə Azərbaycanın İsveçrədə səfirliyi təsis olunub
Prezident İlham Əliyev Milli Məclisin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) səfirliyinin təsis olunması barədə qanununu təsdiq edib. SİA-nın məlumatına görə, o həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Nazirlər Kabinetinə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) Səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməyi tapşırılıb. Bununla belə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırığı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB