Rafiq Tağının qətlinin araşdırılması istiqamətində tədqiqatlar aparılır
\"Azərbaycan Mətbuat Şurasının Rafiq Tağının qətlə yetirilməsinə qarşı münasibəti çox kəskin olaraq qalır. Biz bu hadisəni pisləyirik və bu məsələni Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndiririk\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.
"Hadisə baş verən gün MŞ hüquq-mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə (DİN), Baş Prokurorluğa özünün müraciətini ünvanlayıb. Həmin qurumlardan məlumat veriblər ki, hazırda araşdırmalar və tədqiqatlar davam etdirilir. Azərbaycan MŞ birmənalı şəkildə maraqlıdır ki, hadisənin üstü açılsın, günahkarlar cəzalandırılsın və bununla da Azərbaycan xalqı bilsin ki, bu cinayəti törədən şəxslər kimlərdir"-deyə MŞ-nın sədri bildirib.
Qeyd edək ki, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan R. Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB