Bakı şəhəri, Yasamal rayonu, 1-ci Yasamal küçəsi, 37 ünvanda yerləşən Hüseyniyyə ("Qurangah") adlandırılan ibadətxana əslində "Azərbaycan Karlar Cəmiyyəti" nin 4 saylı Tədris-İstehsalat Müəssisəsidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinəndən SİA-ya verilən məlumata görə, ibadətxana cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib: "Belə ki, Cəmiyyətin prezidenti Tapdıq Xalıqov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktubla müraciət edərək "Qurangah"ın yerləşdiyi sahənin cəmiyyətin balansında olduğunu, ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul yığıldığını bildirib. Məktubda qeyd olunub ki, "Azərbaycan Karlar Cəmiyyəti"nin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət göstərən Daimi Komissiya dəfələrlə həmin əraziyə baxış keçirib, "Qurangah" adlanan həmin sahənin qanunvericiliyin tələblərinə uyğun olmasını təsdiq edən sənədlərin təqdim edilməsinin tələb olunmasına baxmayaraq, sənədlər komissiyaya təqdim edilməyib. Bununla belə həmin sahənin fəaliyyətinin dayandırılmasına dair göstərişlərə məhəl qoyulmayıb. Müraciətdə "Qurangah"ın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı ilə bağlı məlumat verilməsi xahiş olunub.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Azərbaycan Karlar Cəmiyyəti"nə cavab məktubunda həmin ünvanda hər hansı dini icmanın dövlət qeydiyyatından keçmədiyi və bu səbəbdən "Qurangah"ın fəaliyyətinin qanuna zidd olduğu qeyd edilib. Çünki "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB