Cümşüd Nuriyev: \"ABŞ-ın iddiasına görə, pilotsuz təyyarənin İran tərəfindən ələ keçirilməsində Qəbələ RLS-in xidməti var\"-AÇIQLAMA
Politoloq Cümşüd Nuriyev deyir ki, bu zaman Azərbaycanın da zərər çəkən dövlətlər sırasında olacağı qaçılmazdır: "Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ölkəmizə üz tutması iqtisadi böhranla nəticələnə bilər. Bu zaman Azərbaycanda daxili bazarı tənzimləmək mümkün olmayacaq. Belə ki, cənubda 15 milyon Azərbaycanlı yaşayır, ölkəmizdə isə cəmi 5 milyon əlavə insanı yerləşdirəcək imkanı mövcuddur".
"Son günlər İran saytlarında yer alan Azərbaycanla bağlı informasiyalar da bu gün narahat doğurucu faktlardır. Məlumatda deyilir ki, İranın baş qərərgah rəisi Fərzabadi, Hərbi Donamanın rəisi Salehi, İslam İnqilab keşikçilərinin komandir müavini Fevzi mart ayının ortalarında Azərbaycanda dövlət çevrilişi etmək istəyirlər. Bu məlumatlar nə dərəcədə doğru olub olmasa da hər halda Azərbaycanın adının hallanması cəmiyyətdə narahatlıq yaradır",- deyən Cümşüd Nuriyev hesab edir ki, son zamanlar İranın Azərbaycana ərazi iddiaları ilə yanaşı Azərbaycanı ABŞ-a işləməkdə ittiham edir: "2007-ci ildə ABŞ-da "ABŞ silahlı quvvələri" adlı jurnalın 8-ci nömrəsində İranla bağlı yayılan məlumat isə İranın azərbaycana olan münasibətlərini bir qədər də qəlizləşdirdi. Jurnalda İranın xəritəsi üzərində 5 yeni dövlətin adı göstərilirdi. Onlardan biri də cənub sərhədləri Urmiyadan -Həmədandan keçmək şərti ilə şimalla cənubu birləşməsindən yaranan Azərbaycan dövlətidir. Eyni zamanda İranın qərbində Kürdüstan, cənubunda Müqəddəs Şiə dövləti, şərqində isə Vəziristan dövlətlərinin adları çəkilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB