Drezdendə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək

Drezdendə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriləcək

Yanvarın 18-də Almaniyanın Drezden şəhərində "Alm.az" cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi və eyni zamanda şanlı qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə soydaşlarımızla yanaşı alman ictimaiyyətinin, o cümlədən Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət göstərən konsulluqların, eləcə də rus, yəhudi, ukrayna, qazax icmalarının təmsilçilərinin iştirakı nəzərdə tutulub.

Tədbirdə "Alm.az" cəmiyyətinin sədri Ağahüseyn Babayev toplaşanlara keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verəcək. Daha sonra "Azadlığa aparan yollar" sənədli filmi nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə