Ermənistan Ordusunun bölmələri yanvarın 9-da saat 16.10-dan 16.30-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 17.00-dan 17.05-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi, saat 22.15-dən 22.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, yanvarın 10-da saat 00.05-dən 00.20-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB