Roma Papası XVI Benedikt: "Vatikan Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir"
Vatikanın Azərbaycanla münasibətləri başqa ölkələr üçün yaxşı nümunədir. Bunu Roma Papası XVI Benedikt Vatikanda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri qarşısında ənənəvi çıxışında deyib: "Vatikan müxtəlif dövlətlərlə münasibətlərini inkişaf etdirməyə çalışır. Müqəddəs taxt-tacın Azərbaycanla münasibətləri müsbət nümunə sayıla bilər".
XVI Benedikt keçən il Azərbaycanla Vatikan arasında ölkəmizdə katolik kilsəsinin statusu haqqında ikitərəfli saziş imzalanmasını nümunə göstərib. XVI Benedikt Azərbaycanın Fransada və eyni zamanda Vatikan dövlətində səfiri Elçin Əmirbəyovla görüşü zamanı bir daha vurğulayıb ki, Vatikan Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB