2012-ci il dünyanın sonu və ya yeni eranın başlanğıcı ola bilərmi?-ARAŞDIRMA

2012-ci il dünyanın sonu və ya yeni eranın başlanğıcı ola bilərmi?-ARAŞDIRMA

Artıq son illərdir ki, 2012-ci ildə dünyanın sonu olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir və müzakirələr aparılır. SİA-nın xəbərinə görə, mayalıların təqvimi 2012-ci ildə bitir və bununla da dünyanın sonunun 2012-ci ildə olacağı deyilir. Bu ildə isə cəmi 2 tarix işarələnib 20.05.2012 və 21.12.2012. May ayının 20-sində günəş tutulması gözlənilir, elə bundan sonra da fəlakətlər başlayır.

Azərbaycan astronomları bu il qiyamətin baş verəcəyinə münasibət bildiriblər. Astroloq Sabuhi Rəhimli qeyd edib ki, dünyanın sonu ilə bağlı münasibəti tamam fərqli oldu. O qeyd edib ki, dünyada baş verən təbii fəlakətlər, sunamilər eranın dəyişməsi ilə əlaqədardır. Onun sözlərinə görə, dünyanın sonu barədə Qərbin siyasət dəllalları ortaya belə bir məsələ atıblar ki, insanları daha çox təşvişdə saxlasınlar: "Belə hadisələr 666-cı ildə, 1000-ci ildə, 1666-ci ildə, yaxın tarix olan 1999-cu ildə olub. Məsələn, Nastrodamusun kitabında yazılıb ki, 1999-cu ilin avqust ayında qara əjdaha göydən yerə enib bir şəhəri dağıdacaq. Bunu dünya müharibəsi, metior kimi adlandırdılar. 1999-cu ilin 11 avqustunda günəş tutulması kimi oldu və episentiri İstanbula düşdü. Bir neçə gündən sonra isə avqustun 17-də Türkiyədə çox dəhşətli zəlzələ oldu. Biz bir astroloq olaraq Nastrodamusu, Vanqanı, Edqar Keys və digərlərini izləyirik. Çox maraqlıdır ki, onların heç biri yazmadığı halda bütün bu deyinlər öz təsdiqini tapsın deyə onların adından Qərb istifadə edir. Hətta bir vaxtlar ABŞ-ın ən güclü öncəgörəni elan etmişdi ki, Barak Obama 100-cü günü andiçmə mərasiminə qədər öldürüləcək. Hətta 2000-ci ildə belə bir vaxt da qoyulmuşdu ki, filan gün dünya dağılacaq. Bununla bağlı Avropada olan cahil insanlar belə özləri üçün qəbir qazmışdılar. Həmin deyilən saatlara az qalmış adi bir yağış yağdı, şimşək çaxdı. Bu şimşəyin səsindən 4 minə yaxın insanın ürəyi dayanıb. Bu proqnozları daha çox mayalılar verir. Onların dairəvi oval şəkildə 4 daş kitabələri var. Bu kitabələrin birinin vaxtı artıq bitib. İndi ikincinin son tarixində yazılıb ki, 21 dekabr 2012-ci il planetlərin paradı olacaq. Lakin 3 və 4 kitab barədə danışan yoxdur. Əsas onu qeyd edim ki, 3-cü kitab 4840-cı ildə bitir. Onu deyə bilərəm ki, bütün bunlar absurddur, dünyanın dağılmağını Allahdan başqa heç kim bilmir. Bir hədislə fikrimi tamamlayım ki, peyğəmbər həzrətləri (s.ə.s) deyib ki, qiyamətə 100 il qalmış yer üzündə bir nəfər də olsun ibadətlə məşğul olan olmayacaq. Bu gün isə dinə, ibadətə gələnlərin sayı günü-gündən artır. Dünyanın sonun gəldiyini mən təkzib edirəm".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları 2012-ci ildə qiyamət gününün olacağı ilə bağlı deyilənlərə aydınlıq gətirib. Bildirilib ki, bu ilin dekabr ayında Yerin ekvatoru, Günəşin ekvatoru və qalaktika müstəvisi bir-birinə paralel olacaq. Bu zaman Günəş sistemi və Yer qalaktikadan gələn güclü enerjiyə məruz qalacaq. Qalaktikadan gələn qabarma və çəkilmə qüvvələri Yerdə təlatümləri, zəlzələləri, burulğanları, vulkanları oyada bilər.

Xarici mətbuatda dərc olunan yazıda bildirilir ki, məhz 2012-ci ilin dekabrında Günəş Ağ Yola daxil olacaq. Günəş bu sistemə daxil olan zaman dünyanın "yenilənməsi" baş verəcək. Başqa sözlə, buz dövrünə oxşar tam yenilənmə yaşanacaq. Alimlər bildirir ki, Günəş Ağ Yola girərsə, bu, qaçılmaz olacaq.
Bu halda, Günəşdə dəhşətli partlayışlar baş verəcək, Yerdə elektrik enerjisilə işləyən hər şey sıradan çıxacaq. Kollaps milyonlarla insanın həyatına son qoyacaq. Yerə dəyən zərərin aradan qaldırılmasına isə ən azı 10 il vaxt lazım gələcək.

Bu günlərdə NASA-nın mütəxəssisləri maraqlı faktlar əldə ediblər. 2012-ci ildə Marduk asteroidinin yer kürəsi ilə toqquşacağı və dünyanın yox olacağı xəbərləri dünya ictimaiyyətini ciddi narahat edir. Bu söyləntilərlə bağlı Amerika Kosmik Agentliyinin (NASA) böyük araşdırma aparıb. Mütəxəssislərin araşdırması nəticəsində maraqlı faktlar ortaya çıxıb. Belə ki, hər 3600 ildən bir dünyanın yaxınlığından keçən Mardukun yer kürəsi ilə toqquşma ehtimalının olmadığı müəyyənləşib. Marduk söyləntisinin kökü şumerlərədək gedir. Şumerlər astronomiya sahəsində xeyli inkişaf ediblər, bir neçə planeti kəşf ediblər. Ancaq dünyanın günəşin ətrafında döndüyünü başa düşməyiblər. "Marduk 1983-də "Planet X"kimi kəşf edilməyibmi?" sualına cavab olaraq, "1983-cü ildə naməlum bir şey görüntülənib, daha sonra bunun asteroid olduğu müəyyənləşib. Ancaq mətbuat bunu planet kimi təqdim edib, İnternetdə Mardukla bağlı yayılan şəkillərin hamısı fotoşop işidir" -, deyə bildirilib. NASA bildirir ki, günəş fırtınalarının Amerikanı məhv edəcəyi barədə xəbərlər də şişirdilib: "NASA ən pis ehtimalları analiz edir və ona görə tədbir görür. Mətbuat isə ehtimalları olacaq kimi göstərir. Hər 11 ildən bir günəş fırtınası olur. Ancaq bu təbii proses indiyədək heç bir canlıya ziyan verməyib. 2012-ci ildə dünyaya heç bir asteroid çırpılmayacaq"

Amma hər halda heç kim dəqiq deyə bilməz ki, kainatda baş verən prosesləriin gücü nə qədər olacaq və bu güc Yerdə həmin hadisələrin oyanmasına və ya qiyamətin olmasına kifayət eləyəcəkmi? Bütün kainat və hər bir hadisə tanrının əlindədir. Odur ki, yalnız Allaha sığınaraq ondan kömək diləyin.

Bütün xəbərlər Facebook səhifəmizdə