Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun fəaliyyət müddəti yanvarın 23-də başa çatır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu il yanvarın 23-27-də keçiriləcək AŞPA qış sessiyasında Çavuşoğlu sədr kimi fəaliyyətini dayandıracaq. Qeyd edək ki, Mövlud Çavuşoğlu 2 ildir ki, bu vəzifəni tutur. Mövlud Çavuşoğlu bundan sonra Venesiya Komissiyasının üzvü kimi fəaliyyət göstərəcək.
Avropa Şurasının nizamnaməsinə uyğun olaraq onu bu vəzifədə Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jan-Klod Mino əvəz edəcəkdir. O, 2012-2014-cü illərdə AŞPA-ya sədrlik edəcək. Xatırladaq ki, Fransa Avropa Şurasının 60 illik tarixində üç dəfə 1949, 1952-1956 və 1986-1989-cu illərdə AŞPA-ya sədrlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB