Mübariz Əhmədoğlu: “İran öz daxili gücü ilə bağlı yalançı hədələrlə məşğuldur”
"İran öz daxili gücü ilə bağlı yalançı hədələrlə məşğuldur". SİA-nın məlumatına görə bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2011-ci ilin əsas hadisələri ilə bağlı keçidiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə rəsmi Tehran yaxşı başa düşür ki, əgər İranın nüvə müharibəsi başlatmaq şansı olsa belə ilk növbədə bu onun özünə ziyan edəcək. Mübariz Əhmədoğlu bildirib ki, yola saldığımız ildə müsəlman dünyasında baş verənlər İrana təzyiqi daha da gücləndirib. O qeyd edib ki, Qərb İranla bağlı özünün arzuladığı nəticəyə gəlmək istiqamətində kifayət qədər qətiyyətlidir. Bu yönümdə atılan addımlar kimi ölkədaxili mühüm starteji obyektlərdə partlayışların törədilməsini, İranın milli valyutası olan tümənin sürətlə devilyasiyaya uğramasını, hakimiyyətdaxili ziddiyyətin kəskinləşməsini də göstərmək olar. Mübariz Əhmədoğlu bildirib ki, İran prezidenti Ali dini lider də daxil olmaqla bütün dindarlara qarşı mübarizədə hətta xarici qüvvələrdən də istifadə etməyə hazırdır. Hazırda İran demək olar ki, bütün qonşuları ilə münasibətlərini kəskinləşdirib.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB