Kür çayı üzərindəki avtomobil körpüsü bağlanır

Kür çayı üzərindəki avtomobil körpüsü bağlanır

Kür çayı üzərində, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində yerləşən körpü təmirlə əlaqədar sabah, yanvarın 6-da saat 12:00-dan etibarən bağlanacaq. SİA-nın xəbərinə görə, Nəqliyyat Nazirliyinin bununla bağlı yaydığı xəbərdarlıqda deyilir: "Ötən əsrin 60-cı illərin əvvəllərində istifadəyə verilən bu körpü bir neçə dəfə uçmaq təhlükəsi ilə üzləşib. Son vaxtlar avtomobillərin intensiv hərəkəti və iri tonnajlı avtonəqliyyat vasitələrinin ardıcıl və dinamik zərbələri körpünü qəzalı vəziyyətə gətirib, bu istiqamətdə hərəkət edən sürücü və sərnişinlərin həyatı üçün ciddi təhlükə yaranıb. Bunu nəzərə alaraq Nəqliyyat Nazirliyi həmin istiqamətdə avtomobillərin hərəkətinin 2012-ci il 6 yanvar tarixindən etibarən tamamilə dayandırılmasına qərara verib.

Körpünü müasir tələblərə uyğun və istismara yararlı vəziyyətə gətirilməsi üçün ərazidə 40 gün müddətində əsaslı təmir-tikinti işləri aparılacaq. Həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərindən və ümumiyyətlə, vətəndaşlardan xahiş olunur ki, alternativ yol kimi Salyan-Noxudlu, Sabirabad-Padar və digər istiqamətlərdəki yollardan istifadə etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə