Ermənistan ordusu iki istiqamətdə mövqelərimizi atəşə tutub

Ermənistan ordusu iki istiqamətdə mövqelərimizi atəşə tutub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 4-də saat 11.30-dan 11.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.00-dan 21.05-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə