Türkiyənin keçmiş prezidenti ömürlük həbs cəzası ala bilər. SİA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyə Prokurorluğu sabiq prezident Əhməd Kənan Evrenin ömürlük həbs edilməsini tələb edir. Belə ki, buna səbəb 94 yaşlı Evren və Türkiyə ordusunun sabiq generalı Taçin Şahinkayanın dövlət çevrilişi etməkdə ittiham olunmasıdır.
Qeyd edək ki, Əhməd Kənan Evren 1980-ci ildə Türkiyədə hərbi çevriliş edərək prezident seçilib və 1989-cu ilədək Türkiyənin prezidenti kimi fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB