AZAL-dan sürpriz

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-London aviareysinə biletləri ucuzlaşdırıb. Şirkətin rəsmi saytına istinadla verilən məlumata görə, aviaşirkət Bakı-London və London-Bakı istiqamətlərində yeni aksiya keçirir. İndi Bakı-London-Bakı reysinə aviabileti 450 AZN-ə, London-Bakı-London reysinə isə 375 GBP-yə əldə edə bilərsiniz.

Qiymətlərə bütün hava limanı və digər yığımlar daxildir, göstərilən aksiya üzrə aviaşirkət satışları məhdudlaşdıra bilər. Qeyd edək ki, bu aksiya 15 may 2012-ci tarixinədək olan uçuşlara şamil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə