Bu gün BMT Təhlükəsizlik Şurasının Azərbaycanın iştirakı ilə ilk iclası keçiriləcək
Bu gün BMT Təhlükəsizlik Şurasının Azərbaycanın iştirakı ilə ilk iclası keçiriləcək. Suriyadakı iğtişaşlar və İranın nüvə məsələsi Təhlükəsizlik Şurasının yaxın gələcəkdə əsas prioritetləridir. Azərbaycan BMT-dəki tərəfdarlarına əsas qlobal problemlərin həllində konstruktiv rol oynayacağını bildirib.
Yanvarın 1-dən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü səlahiyyətlərinin icrasına başlayıb. Ölkəmiz iki il müddətinə BMT TŞ-na qeyri-daimi üzv seçilib. Ötən il oktyabrın 21-də keçirilən səsvermə nəticəsində Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-na qeyri-daimi üzv seçiliblər. Oktyabrın 24-də keçirilən səsvermə nəticəsində isə Azərbaycan 155 səs toplayaraq iki il müddətinə quruma qeyri-daimi üzv seçilib. Azərbaycan bu postda səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatmış Bosniya və Herseqovinanı əvəzləyib.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB