FHN Azərbaycanda dörd nəfərin ölümü ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb

FHN Azərbaycanda dörd nəfərin ölümü ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Şamaxı yolunda baş verən yol qəzası barədə məlumat yayıb. SİA-nın FHN-in saytına istinadən xəbərinə görə, məlumatda bildirilir ki, rayonun Meysəri kəndi ərazisində (rayon mərkəzindən 6 km aralı) "Mercedes" və "Nissan" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Mercedes" markalı avtomobilin sürücüsü - 1975-ci il təvəllüdlü Yalçın Fətullayev, "Nissan" markalı avtomobilin sürücüsü - 1975-ci il təvəllüdlü Həbib Bağır oğlu Həmidov, sərnişinləri - 2006-cı il təvəllüdlü Amil Həbib oğlu Həmidov və 2008-ci il təvəllüdlü Gülşən Həbib qızı Həmidova ölüb, 2 nəfər sərnişin yaralanıb.

Hadisə yerinə cəlb edilən xilasedicilər hər iki nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış cəsədləri və yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə