Siyəzəndə hava kəskin pisləşib
Bu gün səhər saat 12 radələrində Siyəzəndə hava şəraiti kəskin dəyişib. SİA-nın bölgə müxbiri xəbər verir ki, rayonda havanın belə kəskin dəyişməsi bir sıra problemlər yaradıb. Güclü külək rayona ciddi ziyan vurub. Bir sıra kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Külək nəticəsində rayonda elektrik dirəkləri aşıb. Bununla bağlı məlumat verən Siyəzən rayon Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev bildirib ki, hazırda sözügedən problemlərin aradan qaldırlması üçün gecə saatlarında işlər davam etdirilir.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə