Əli Həsənov: “Tarixdə \"erməni soyqırımı\" adlı bir hadisə olmayıb” - AÇIQLAMA

Əli Həsənov: “Tarixdə \"erməni soyqırımı\" adlı bir hadisə olmayıb” - AÇIQLAMA

\"Tarixdə \"erməni soyqırımı\" adlı bir hadisə olmayıb. Azərbaycan bu məsələdə həmişə Türkiyənin yanında olub. Türkiyə qondarma \"erməni soyqırımı\" məsələsində haqlı olaraq qalır. Bu bəzi dairələrin erməniləri türklərə qarşı istifadə etmək vasitəsidir\". SİA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Fransa və İsrail parlamentində qondarma \"erməni soyqırımı\" məsələsinin gündəmə gətirilməsinə münasibət bildirərkən deyib.

Ə.Həsənov qeyd edib ki, 2001-ci ildə Fransa Senatı bu haqda qanun qəbul edib, soyqırımı tanısa da heç bir şey dəyişməyib: \"Lakin hazırki hadisə Avropanın inkişafı fonunda nonsensdir. Avropada düşüncə azadlığına və fərqli düşüncəyə görə insanları həbs, cərimə etmək sözün əsl mənasında orta əsr normalarından xəbər verir. Biz bir dövlət olaraq olmayan bir hadisəyə qiymət verilməsi ilə razılaşa bilmərik. Digər tərəfdən isə söz, mətbuat azadlığını pozmaq anlamında bunun əleyhinəyik".

Xocalı soyqırımının müzakirə olunması məsələsinə gəlincə, şöbə müdiri bunları deyib: "Hər il olduğu kimi bu il də Xocalı soyqırımı dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq. Biz müxtəlif telekanallar, diaspor komitəsi və onun xaricdəki dayaqları, səfirliklər, Heydər Əliyev Fondu və digər strukturlar vasitəsilə bütün Azərbaycan ictimaiyyətinin, dövlət və qeyri-rəsmi qrumlarının gücünü səfərbər edərək Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına çalışılacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə