Məlahət İbrahimqızı: “Dağlıq Qarabağ münaqişənin həllinin mürəkkəbləşməsi həmsədrlərin işinin nəticəsidir”

Məlahət İbrahimqızı: “Dağlıq Qarabağ münaqişənin həllinin mürəkkəbləşməsi həmsədrlərin işinin nəticəsidir”

"Bu yaxınlarda Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye Dağlıq Qarabağ münaqişəsinin həllinin getdikcə mürəkkəbləşdiyini deyib. Onun məsələyə belə yanaşması çox təəssüf doğurur". SİA-nın xəbərinə görə, bunu YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, münaqişənin həllinin mürəkkəbləşməsi məhz həmsədrlərin işinin nəticəsidir. Onun sözlərinə görə, B.Fasye bu faktı etiraf etməli idi: "Mən Azərbaycan vətəndaşı kimi onun fikirlərindən çox üzüldüm. Düşündüm ki, Fransanı təmsil edən adam öz məsuliyyətini dərk edirmi? Məncə, o demək istəyirmiş, amma problemin həllinin çətinləşməsinin səbəbkarının özləri olduğunu deməyə cəsarəti çatmayıb. Fransa diplomatının sözlərindən belə çıxır ki, 20 il müddətində onlar ciddi bir iş görməyiblər və buna qadir deyillər. Bu çıxış bir daha göstərdi ki, Minsk qrupunun fəaliyyətini başa vurmaq zamanı çatıb. Bu format ya dəyişməlidir, ya da istefa verməlidirlər. Ötən 20 ildə Minsk qrupunun nümayəndələrinin səfərləri və bu səfərlərin xərci kifayət qədərdir. Amma Fasyenin həmin açıqlaması onları gülünc vəziyyətə qoyur".

Bütün xəbərlər Facebook səhifəmizdə