Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 25-də saat 16.20-dən 16.30-dək və dekabrın 26-da saat 01.15-dən 01.35-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB