Medvedev və Putin Azərbaycan prezidentini təbrik ediblər

Medvedev və Putin Azərbaycan prezidentini təbrik ediblər

Bu gün Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dmitri Medvedev dövlət başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.


Prezident İlham Əliyev təbrikə və diqqətə görə, Dmitri Medvedevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əməkdaşlığımızın inkişafı baxımından önəmini qeyd etmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.


Bu gün həmçinin Rusiya Federasiyasının Baş naziri Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Vladimir Putin Prezident İlham Əliyevi anadan olmasının 50 illiyi münasibətilə təbrik etmiş, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.


Dövlət başçısı təbrikə və diqqətə görə Vladimir Putinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə