Mustafa Kabakçı: “İlham Əliyev türk dünyasının önəmli liderlərindən biridir” - AÇIQLAMA
Bu gün inkişaf edən dünyada İlham Əliyev türk dünyasının önəmli liderlərindən biridir. Bunu SİA-ya açıqlamasında prezident İlham Əliyevə təbriklərini çatdıran Türkiyə parlamentinin üzvü Mustafa Kabakçı deyib. O bildirib ki, prezident İlham Əliyevin Azərbaycanın inkişafına sərf etdiyi əməyin nəticəsini Bakıya hər gəlişi zamanı bir daha hiss edir. M.Kabakçı günü-gündən inkişaf edən Azərbaycanın dünya arenasında layiq olduğu yeri tutmasında misilsiz xidmətlər göstərdiyi üçün prezident İlham Əliyevə təşəkkürlərini bildirib və uğurlu illər arzulayıb.
"Onun prezidentlik dövrü Azərbaycana gözəl günlər bəxş edib və bundan sonra da bəxş edəcək. Bir lider kimi rolunu qiymətləndirərkən qeyd edim ki, bu gün Azərbaycan bütün dünya təşkilatlarında öz yerini tutub. Dünyanın hər bir ölkəsində tanınan, gücü bilinən bir ölkədir. Bu da əsası ulu öndəır Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir. Ona görə də İlham Əliyevə can sağlığı, uğurlu işlər, xoşbəxt gələcək işlərində davamlı olmasını diləyirəm. Onun güclü olması millətin güclü olması deməkdir. Ona görə də prezidnet İlham Əliyevə güclü olmağı və gələcəkdə fəaliyyətinin yüksələn xətlə davam etməsini arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB