Bolqarıstan prezidentinin müşaviri: “İlham Əliyev dünya səviyyəsində mühüm yer tutan siyasi liderlərdən biridir” - MÜNASİBƏT

Bolqarıstan prezidentinin müşaviri: “İlham Əliyev dünya səviyyəsində mühüm yer tutan siyasi liderlərdən biridir” - MÜNASİBƏT

İlham Əliyev Azərbaycana müstəqillik və sabitlik bəxş edən, dünya səviyyəsində mühüm yer tutan siyasi liderlərdən biridir. Bunu SİA-ya açıqlamasında Bolqarıstan prezidentinin Qara Dəniz məsələləri üzrə müşaviri Peter Kinev deyib. O bildirib ki, bü gün dünya xalqları sabitlik tələb edir. Onun sözlərinə görə, bu gün dünyada baş verən hadisələr çox çətin və mürəkkəbdir.

"Amma sizin prezidentiniz timsalında dünya liderləri var ki, onların gördükləri işlər sayəsində ölkə problemlər yaşamır və onların parlaq gələcəyi olur. Azərbaycan müstəqilliyinin 20 ili ərzində çox böyük uğurlar əldə edib. Dövlət başçısı İlham Əliyevə Azərbaycanın bundan sonrakı inkişafında görəcəyi işlərdə uğurlar, Dağlıq Qarabağ münaqişəsinin həllində möhkəm iradə və can sağlığı arzulayıram", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə