\"Səs\" qəzetinin 4000-ci sayı prezident İlham Əliyevin ad gününə təsadüf etdi

\"Səs\" qəzetinin 4000-ci sayı prezident İlham Əliyevin ad gününə təsadüf etdi

Bu gün Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan \"Səs\" qəzetinin 4000 nömrəsi işıq üzü görüb. 21 yaşlı \"Səs\" ictimai-siyasi qəzeti fəaliyyətə başladığı dövrdən ulu öndər Heydər Əliyevin ideyalarının carçısı rolunda çıxış edib. Bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacaran qəzet daim Azərbaycan dövlətçiliyinin, Heydər Əliyev ideallarının yaşadılmasına xidmət edib.


Ümummilli lider Heydər Əliyev çıxışlarında dəfələrlə \"Səs\" qəzetini özünə doğma qəzet adlandırıb və \"Səs\" qəzeti tarixə düşmüş bir qəzet olduğunu deyib.


Bu gün \"Səs\" qəzetinin 4000-ci sayının işıq üzü görməsi xoş bir tarixə təsadüf edib. Bu gün həm də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyevin doğum günüdür.


Ölkə başçısının 50 illik yubileyi və \"Səs\" qəzetinin 4000 nömrəsinin işıq üzü görməsi münasibəti ilə qəzetin redaksiyasında təntənəli tədbir keçirilib. "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev ilk növbədə ölkə başçısı İlham Əliyevi ad günü münasibəti ilə bütün kollektiv adından təbrik edib. B.Quliyev əlavə edib ki, Azərbaycanın müstəqilliyi ilə yaşıd olan \"Səs\" qəzeti ötən 20 il ərzində daim dövlətçiliyə xidmət edib, öz səhifələrində Ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin həm daxili, həm xarici siyasətini dəstəkləyib, təbliğ edib, geniş oxucu kütləsinə çatdırıb. "Səs" qəzeti bununla da öz əqidəsinə sadiqliyini nümayiş etdirib.


Bu gün "Səs" qəzetin 4000 nüsxəsi işıq üzü görməsi ölkə başçısı İlham Əliyevin ad günü ilə bir günə təsadüf edir. Bunun özündə də bir hikmət var ki, "Səs" qəzetinin tarixi sayı cənab prezidentin ad günü bir gündə qeyd edilir.


Ölkə başçısı İlham Əliyevin ad günü \"Səs\"in kollektivi üçün də əlamətdar hadisədir. Bu yubiley prezidenti sevən, onu dəstəkləyən hər bir insan üçün bayramdır. Dövlət başçısı 50 il çox şərəfli bir ömür yaşayıb və daim Azərbaycan xalqının firavan yaşaması ünün çalışıb. Bu gün Heydər Əliyev ideyalarını sevən, dəstəkləyən hər bir kəs, həm ulu öndərimizin layiqli davamçısı kimi, həm də möhtəşəm layihələri həyata keçirən lider kimi bu ad günü bayram kimi qeyd etməlidir.


"Səs" qəzetinin öz fəaliyyəti boyunca Ulu öndərin həyata keçirdiyi siyasəti dəstəkləyib, onun həyata keçirdiyi siyasətin cəmiyyətə çatdırması kimi böyük bir missiyanı üzərinə götürüb. Artıq qəzetinin bazasında fəaliyyət göstərən Səs İnformasiya Agentliyi və SəsTV az müddət ərzində özünə layiqli yer tutub. Bundan sonra da əlimizdən gələni edəcəyik ki, uğurlarımız daha da artsın.


Bir daha kollektivimiz adından Prezidentimizi 50 illik yubileyi münasibətilə təbrik edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə