Bu gün “İRƏLİ” İctimai Birliyinin təsis olunmasından 6 il ötür

Bu gün “İRƏLİ” İctimai Birliyinin təsis olunmasından 6 il ötür

Bu gün "İRƏLİ" İctimai Birliyinin təsis olunmasından 6 il ötür. SİA-nın xəbərinə görə, "İRƏLİ" İctimai Birliyi 26 Avqust 2005-ci ildə yaradılmış \"İRƏLİ\" Ümumrespublika Gənclər Hərəkatının əsasında meydana gəlib. \"İRƏLİ\" Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti boyunca sıralarında 6 mindən çox Azərbaycan gəncini toplayaraq ölkənin ən fəal təşkilatlarından birinə çevrilməyə müvəffəq olub. \"İRƏLİ\" Ümumrespublika Gənclər Hərəkatı təsisçiləri 9 Dekabr 2008-ci ildə Hərəkatın buraxılması barədə qərar qəbul edib. 24 Dekabr 2008-ci ildə isə \"İRƏLİ\" İctimai Birliyi təsis olunub.

"İRƏLİ" İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulmuş və hal-hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyə yüksələn təşkilatdır. Təşkilatımız İnsan kapitalına ardıcıl investisiyanı ən effektiv və davamlı inkişaf yolu kimi görür. "İRƏLİ" - də fərdi və kollektiv üzvlük sistemi mövcuddur. Hal-hazırda 20 000 nəfərdən artıq gənc və 12 təşkilat "İRƏLİ"-yə üzvdür. "İRƏLİ" gənclər üçün və gənclər vasitəsilə cəmiyyətin inkişafına çalışır. Birliyin 2009 – 2010-cu illərdəki layihələrində 120 000 nəfərdən çox insan iştirak edib. "İRƏLİ"-nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edib, bununla yanaşı Avropanın 13 şəhərində əlaqələndiricilərimiz fəaliyyət göstərir. "İRƏLİ" gənclərin təşəbbüslərinə əsaslanan təşkilatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə