Gürcüstan parlamentinin vitse-spikeri: “Mən şəxsən prezident İlham Əliyevi bu cür uğurlu siyasət yürütdüyü üçün təbrik edirəm”
Azərbaycan və Gürcüstan arasında mövcud olan münasibətlər digər dövlətlər üçün nümunədir. Çünki, ötən əsrin 90-cı illərin əvvəlində mövcud olan problemlər zamanı həmçinin son yaşanan iqtisadi böhrandan birgə səy nəticəsində nailiyyətlər əldə etmək bir daha münasibətlərin real simasını göstərdi. Eyni zamanda prezidentlər arasında qarşılıqlı hörmət və qardaşlıq əlaqələri tərəflər arasında münasibətləri daha sıx edir. Bu sözləri SİA-ya açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani deyib.
O, qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın azad iqtisadiyyatını formalaşdırıb: " Mən şəxsən prezident İlham Əliyevi bu cür uğurlu siyasət yürütdüyü üçün təbrik edirəm. Bu çox mühüm amildir. Çünki, bizim üçün güclü, inkişaf edən Azərbaycan güclü, inkişaf edən Gürcüstan deməkdir. Biz çox sıx əlaqələrlə bağlıyıq. Həmçinin Azərbaycan prezidenti İlham Əliyevi yubileyi münasibəti ilə təbrik edirəm. Gürcüstanda Azərbaycanın güclü diasporası mövcuddur. Bizdə öz növbəmizdə əlqələrin daha da inkişafı üçün səylə çalışırıq
Regionda mövcud olan münaqişələrə toxunan Gürcüstanın birinci vitse-spikeri deyib ki, Azərbaycan və Gürcüstanda mövcud münaqişələr suni yolla yaradılıb: "Azərbaycan və Gürcüstanın ən böyük problemi odur ki, bu ölkələrdə inkişaf prosesləri onların bütün ərazilərini əhatə edə bilmir. Hesab edirəm ki, sizdə Dağlıq Qarabağ, bizdə Cənubi Osetiya və Abxaziya problemi mövcud olmasaydı Cənubi Qafqaz tək iqtisadi yox bütün sahələr üzrə inkişaf edən bir region olardı. Fikrimcə bu problemlər təcili olaraq öz həllini tapmalıdır. Çünki, öz yurdundan didərgin düşənlər öz tarixi torpaqlarına qayıtmaldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB