Əhməd Necdət Sezərlə prezident İlham Əliyev arasında telefon danışığı olub
Türkiyə Respublikasının keçmiş Prezidenti Əhməd Necdət Sezər dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. SİA-nın məlumatına görə, Əhməd Necdət Sezər dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Əhməd Necdət Sezərə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Əhməd Necdət Sezər keçirdikləri görüşləri və danışıqları məmnunluqla yad ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB