Mübariz Əhmədoğlu: \"İran ölkədə gedən hakimiyyətdaxili mübarizədə Ermənistandan və onun vasitəsilə Qərbdən dəstək almaq istəyir\"
"Ermənistan MDB məkanında radioaktiv maddə qaçaqmalçılığının yayılmasına görə birinci yerdə durur. Çünki İranla Ermənistan arasında nəzarətsiz ərazilər çoxdur, o cümlədən Azərbaycanın Ermənistanın işğalı altında olan İranla həmsərhəd əraziləri tamamilə nəzarətsizdir". SİA-nın verdiyi məlumata görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun fikirincə, İran Prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfərində əsas motivlərdən biri də öz komandası üçün İranın daxilində gedən hakimiyyətdaxili mübarizədə Ermənistandan və Ermənistan vasitəsilə Qərbdən dəstək almaqdır. Bunu Mahmud Əhmədinejad hökumətinin Azərbaycana qarşı son vaxtlar güclənən neqativ münasibəti də sübut edir. Mübariz Əhmədoğlu deyir ki, İranın Ermənistana və ermənilərə hədsiz inamı Ermənistanın imkanlarını genişləndirir, İranda saf əqidəli müsəlmanların və həqiqi dövlətçilərin ermənilərin mahiyyətini anlamağa imkan vermir. Bununla yanaşı İranın Ermənistandan nüvə yanacağı alması, bunu işğal altındakı nəzarətsiz ərazilər vasitəsilə etməsi İranın Azərbaycan torpaqlarının daha da uzun müddət işğal altında qalmasına maraqlı olmasına şərait yaradan amildir. Amma İranda ermənilərin əsl mahiyyətini unudurlar. \"Ermənistan İranın ona etimadından istifadə edərək İranın daxilində Qərbin maraqlarını təmin edən fəaliyyətlə məşğuldur. Məsələn \"internet çamadanlar\"ın yerləşdirilməsi ABŞ-ın marağında olan mühüm məsələdir. ABŞ Prezidenti Barak Obama bu layihəni, əslində, məhz elə İran üçün nəzərdə tutmuşdu\", - Əhmədoğlu bildirib. Onun sözlərinə görə, hazırda İran və Ermənistan mütəxəssisləri Moskva-Bakı-Yerevan dəmiryolunun Azərbaycanın işğal olunmuş ərazilərindəki hissəsinin söküntüsünü başa çatdırıb, çeşidləmə işi ilə məşğuldurlar. \"Çeşidləmədən sonra əldə etdikləri dəmiryolu materiallarından istifadə edərək Vanadzor-Fioletovo dəmiryolunu tikməyə başlayacaqlar. Bu, İranın Azərbaycana sayğısızlığı və ya antiazərbaycançılığı, eləcə də Ermənistana hörmətinin dərəcəsini göstərən mühüm parametrdir\" - Əhmədoğlu bildirib.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB