Novruz Məmmədov: “Fransa parlamentinin bu gün qəbul etdiyi qanun layihəsi ədalətsiz bir qərardır”

Novruz Məmmədov: “Fransa parlamentinin bu gün qəbul etdiyi qanun layihəsi ədalətsiz bir qərardır”

"Biz düşünürük ki, Fransa parlamentinin bu gün qəbul etdiyi qanun layihəsi ədalətsiz bir qərardır və ölkənin demokratik imicinə təsir göstərir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun qəbul etməsinə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, bu qanun fikir və mövqe azadlığını həddindən artıq məhdudlaşdırır: \"Parlamentin bu addımı Azərbaycanla Fransanın münasibətlərinə təsir göstərə bilər. Müəyyən qədər gözləmək lazımdır və bizim tərəfimizdən də müvafiq addımlar atılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə