Bolqarıstan parlamentinin üzvü: “Milli dövlətlər ayrılıqda deyil, əməkdaşlıq çərçivəsində inkişafa nail olurlar”
"Müasir dövrdə qlobal miqyasda
ciddi dəyişikliklər baş verir. Bu baxımdan Bakıda belə bir konfransın
keçirilməsi iqtisadi və sosial məsələlərin müzakirəsi baxımından xüsusi önəm
kəsb edir". SİA-nın xəbərinə görə, bunu Bolqarıstan parlamentinin üzvü,
Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rəmzi Osman
deyib.O bildirib ki, hazırki
dövrdə milli dövlətlər ayrılıqda deyil, əməkdaşlıq çərçivəsində inkişafa nail
olurlar. Onun sözlərinə görə, bir dövlətdə baş verən olaylar digər ölkələrə də
təsir edir.
"Məsələn, son olaraq Yunanistanda baş verən iqtisadi böhran digər Avropa ölkələrinə də sirayət etdi. Məhz bu baxımdan, bu cür konfranslar da ölkələr arasında bir çox ciddi məsələlərə dair fikir mübadilələrinin aparılması baxımından əhəmiyyətlidir", - deyə Bolqarıstan Parlamentinin üzvü əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB