Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif saatlarda Ağdam rayonunun Şıxlar kəndi, eləcə də Tərtərin Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə