Bakı-2020-nin təntənəli rəmzi açılışı olub

Bakı-2020-nin təntənəli rəmzi açılışı olub

Bu gün Bakı Biznes Mərkəzində Bakı şəhərinin 2020-ci il Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi seçimi prosesinə qoşulması ilə əlaqədar möhtəşəm kompaniyaya start verilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Milli Olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkə prezidenti İlham Əliyevin gənclərə, idmançılara, idman sahəsinə göstərilən xidmətlər haqqında ətraflı məlumat verib.

Bildirilib ki, dövlət başçısı tərəfindən Azərbaycanın bütün bölgələrində yeni-yeni olimpiya və parolimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi idmançılara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Daha sonra Bakı-2020-nin rəmzi (loqosu) haqqında danışan vitse-prezident bu rəmzin məşhur Azərbaycan xalçalarından yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, loqoda əks olunmuş müxtəlif rənglərdən ibarət toxumalar vəhdətdə inanılmaz dərəcədə gözəl, mənalı və ecazkar bir simvolikanı tamamlayır. Onun sözlərinə görə, loqo yalnız rəngli xalça ornamenti deyil, rəmzdə əks olunmuş toxumalar Bakının Olimpiya oyunlarına sahiblik iddiasında olduğu tarixi əks etdirir. Çıxışdan dərhal sonra Bakı-2020-nin rəmzi (loqosu) açılışını bildirən videçarx nümayiş etdirilib.

Sonra Azərbaycanın Olimpiya mükafatçıları Zemfira Meftəhəddinova (atçılıq), Elnur Məmmədli (cüdo) və Paralimpiyaçı İlham Zəkiyevin (cüdo) tədbirdə çıxış edərək idman sahəsində görülmüş haqqında məlumat veriblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, baş nazirin müavini Yaqub Eyyubov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə