Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirildi-FOTO

Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirildi-FOTO

Bu gün Bakıdakı Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. SİA-nın məlumatına görə, aksiya iştirakçıları səfirliyin qarşısına toplaşaraq əllərində müxtəlif plakatlarda "Sarkozi terrorçu", "Sarkoza faşist", "Sarkozi ermənipərəst və yalançı" şüarları səsləndiriblər.


Aksiya iştirakçıları etiraz qətnaməsini səfirliyə təqdim etdilər.


Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd bir neçə gün bundan əvvəl Fransa prezidenti Nikola Sarkozinin partiyası Xalq Hərəkatı Birliyi və "Yeni Mərkəz" Partiyasının 40 deputatının təşəbbüsü ilə Fransa parlament kommisiyasının qondarma \"erməni soyqırımı\"nı inkar edənlərin 1 il həbs cəzası və 45 min avro cərimə edilməsi haqqında qanun layihəsinə etiraz etmək idi.

Bu layihənin sabah Fransa Senatında müzakirəyə çıxarılması gözlənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə