ABŞ Konqresi Dağlıq Qarabağa 2012-ci il üçün yardım edəcək

ABŞ Konqresi Dağlıq Qarabağa 2012-ci il üçün yardım edəcək

ABŞ Konqresi 2012-ci il üçün Azərbaycana 16,6, Ermənistana 40, Gürcüstana isə 66 millyon dollar ayırıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat ABŞ Konqresinin 2012-ci maliyyə ilinə ölkənin xarici yardım paketində öz əksini tapıb.
Qeyd edək ki, Konqresin senat və palata nümayəndələri prezidenti Barak Obamanın Cənubi Qafqaz ölkələrinə - Ermənistana 40, Azərbaycana 16,6, Gürcüstana isə 66 millyon dollar iqtisadi yardım təklifi paketini təsdiqləyib. Həmçinin Konqres Dağlıq Qarabağa "əvvəlki illərə uyğun olaraq və münaqişə ilə bağlı cari tələblərin səviyyəsində" yardım göstərməyə razılıq verib və bununla əlaqədar münaqişənin sülh yolu ilə həllinə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə