Filippin parlamentinin sabiq sədri: “Azərbaycan bu gün beynəlxalq arenada özünü təsdiqləyib”
Azərbaycan bu gün beynəlxalq arenada özünü təsdiqləyib. Bunu SİA-ya açıqlamasında "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" adlı beynəlxalq konfransda iştirak edən Filippin parlamentinin sabiq sədri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının daimi komitəsinin həmsədri Jose de Venecia deyib. O bildirib ki, Azərbyacan bütün sahələrdə olduğu kimi siyasət və mədəniyyət sahəsində də öz sözünü deyib. Onun sözlərinə görə, Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır və digər ölkələr kimi Filippin də Azərbaycanın bu uğurlarından özü üçün təcrübə toplayır.
"Azərbaycan mədəniyyətlərarası əlaqələr yaratdığı kimi, o cümlədən dinlərarası əlaqələrə də böyük önəm verir. Bu gün iqtisadiyyatla siyasət bir araya gəlib. Keçmiş sovet iqtisadiyyatının forması bu gün müzakirə olunub. Azərbaycanda belə bir konfransın təşkili, Asiyada aktiv fəaliyyətdə olan bütün siyasətçiləri tarixi konfransa yığması münasibətilə təbrik edirəm. Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyevin bütün müxtəlif partiyalardan olan rəhbərləri bir yerə yığması böyük əhəmiyyətə malikdir. Azərbaycan buna çox böyük anlayış göstərir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB