Sabiq prezident: "Latviya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin tərəfdarıdır" - MÖVQE
Latviyanın sabiq prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsinin tərəfdarı olduğunu bildirib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sülh yolu ilə öz həllini tapmalıdır". SİA-nın verdiyi məlumta görə, Bakıda jurnalistlərə açıqlamasında sabiq prezident Valdis Zatlers deyib ki, münaqişə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən irəli sürülən Madrid prinsipləri əsasında ədalətli şəkildə həll olunmalıdır.
"Latviyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Ümidvaram ki, regionda mövcud olan bu problem yaxın gələcəkdə öz həllini tapacaq", - Zatlers bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB