Mustafa Kabakçı uydurma “erməni soyqırımı” ilə bağlı danışarkən fransalı deputat zalı tərk etdi
Bu gün Bakıda keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən konfransda Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı çıxış edərkən Fransa parlamentinin üzvü Raşida Dati zalı tərk edib.
SİA-nın verdiyi məlumata görə, çıxışında uydurma "erməni soyqırımı" ilə bağlı son proseslərə toxunan Mustafa Kabakçı "Tarixlə tarixçilər məşğul olmalıdır" söyləyib. Jurnalistlər zalı tərk edən Raşida Datiyə yaxınlaşıb, zalı tərk etməsinin səbəbini öyrənmək istəsələr də, bunula bağlı qonaq açıqlama verməyib.
M.Kabakçı isə açıqlamasında çıxışı zamanı fransalı deputatın zalı tərk etməsindən xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, Raşida Dati Avropa Parlamentinin də üzvüdür.
Xatırladaq ki, qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun sabah Fransa Məclisində müzakirəyə çıxarılacaq.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB