Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər nazirliyindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 22-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti təşkil edəcək.Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bəzi yerlərdə duman, səhər saatlarında az çiskinli olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB