Azərbaycan prezidentinin \"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar\" adlı konfrans iştirakşılarına ünvanladığı məktub
Ölkə başçısı İlham Əliyev bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda keçirilən \"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar\" adlı konfrans iştirakçılarına məktub ünvanlayıb. SİA-nın məlumatına görə, məktubu Prezident Administrasiyası İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub. Məktubda deyilir: \"Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Bakı şəhərində \"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar\" mövzusunda beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayıram. XXI əsrin ilk onilliyi cəmiyyətin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Hamılıqla etiraf olunmaqdadır ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişafı və firavanlıq içində yaşaması bugünki çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Bu səbəbdən dünyanın 30-dan çox ölkəsindən gələn nümayəndələrin iştirakı ilə sözügedən çağırışlar ətrafında fəal dialoqun təşkil edilməsini təqdirəlayiq hadisə hesab edirəm. Azərbaycanın dövlət müstəqilliyinin bərpa etməsinin 20 illiyi bu yaxınlarda qeyd olundu. Yeni iqtisadi və sosial çağırışlara dair fakir mübadiləsi aparmaq niyyəti ilə Bakıya toplaşan siyasətçilər, alimlər, ictimai xadimlər ölkəmizdə həyata keçirilən islahatlar və onların nəticələrini əyani olaraq görmək imkanına malikdir. Müasirləşmək, yeniləşmək siyasətimizin əsas mənasını, bizi inkişafa aparan yolun baş xəttini təşkil edir. Azərbaycanın \"Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar\" mövzusunda müzakirələrin aparılması üçün uğurlu məkan hesab etmək olar. İnanıram ki, müxtəlif milli təcrübələr barəsində təqdimatlar müasir cəmiyyəti düşündürən problemlərin həllinə yönələn səylərə əhəmiyyətli dəstək ola biləcək. Konfrans iştirakçılarına faydalı müzakirələr, can sağlığı və xoş əhval ruhiyyə arzulayıram\".
İlkin Nəcəfli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB