Əli Həsənov: \"Fransa Senatında qondarma \"soyqırımı\" məsələsinin müzakirəyə çıxarılması dövlətlərarası münasibətlərə müsbət çalar gətirməyəcək\"

Əli Həsənov: \"Fransa Senatında qondarma \"soyqırımı\" məsələsinin müzakirəyə çıxarılması dövlətlərarası münasibətlərə müsbət çalar gətirməyəcək\"

\"Fransa Senatında qondarma \"soyqırımı\" məsələsinin müzakirəyə çıxarılması dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək\". SİA-nın məlumatına görə, bu fikri bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Fransa parlamentində bu məsələnin gündəliyə çıxarılması tarixlə bağlı olan hadisənin siyasiləşdirilməsidir: \"Bu məsələlərlə bağlı tarixçilər araşdırma aparmalı və müzakirələr etməlidirlər və bu məsələ insanların yaddaşında tarixi təzələmə anlamında gündəmə gətirilməlidir".


Həsənovun sözlərinə görə, Fransada bu prosesin baş verməsi Fransa-Türkiyə münasibətlərinə heç də yaxşı təsir göstərməyəcək.


"Eyni zamanda Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır, Xocalı kimi dəhşətli cinayətlər bugün Ermənistanı idarəedənlərin məsuliyyətinə daxildir və bu tipli saxta məsələlər onlar tərəfindən qaldırılır. Belə hadisələr dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcək. Ermənilərin bütün dünya ölkələrinə təkidlə qəbul etdirməyə çalışdıqları bu iddia qondarmadır və tarixi reallıqla heç bir əsası yoxdur. Hansı ölkənin parlamentinə çıxarılmasından asılı olmayaraq biz \"erməni soyqırımı\" anlayışını saxta hesab edirik və tarixdə belə hadisə olmayıb. Bu ermənilərin uydurduğu və bəzi dairələrin dəstəklədiyi antitürk siyasətidir\".

Bütün xəbərlər Facebook səhifəmizdə